Türkiyədə azərbaycanlının idarə etdiyi yük maşını yandı - FOTO

Türkiyədə azərbaycanlının idarə etdiyi yük maşını yandı - FOTO
Siyasət 55

Türkiyənin Mersin şəhərində yerləşən Pozantı-Tarsus magistral yolunda yük maşını yanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb.

Hadisə zamanı azərbaycanlı sürücü Anar Məmmədovun idarə etdiyi plastik xammalı daşıyan yük maşınının qoşqu hissəsində yanğın baş verib.

Sürücünün müraciətindən sonra Böyükşəhər Bələdiyyəsinin Xilasetmə Qrupu hadisə yerinə gələrək yanğına müdaxilə edib və onu söndürüb.

Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb, maddi ziyan dəyib, araşdırmalara başlanılıb.

Türkiyədə azərbaycanlının idarə etdiyi yük maşını yandı - FOTO

Son xəbərlər