Türkiyədə AĞIR YOL QƏZASI - 1 ÖLÜ, 5 YARALI - FOTO

Türkiyədə AĞIR YOL QƏZASI - 1 ÖLÜ, 5 YARALI - FOTO
Siyasət 2

Türkiyədə ağır yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt İstanbulun Güngören rayonunda gecə saat 01.30 radələrində qeydə alınıb.

Belə ki, Gençosman məhəlləsində hərəkətdə olan avtomobil dayanmış vəziyyətdə olan nəqliyyat vasitəsinə çırpılıb və mühərriki qısa müddət ərzində alovlanıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları çağrılıb.

Qəza nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

34 ZU 0499 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həyatını itirib.

Digər 5 nəfər isə xəstəxanlara yerləşdirilərək müalicələri davam etdirilir.

Türkiyədə AĞIR YOL QƏZASI - 1 ÖLÜ, 5 YARALI - FOTO

Son xəbərlər