Türkiyədə ağır yol qəzası: Çoxlu sayda ölü və yaralı var

Türkiyədə ağır yol qəzası: Çoxlu sayda ölü və yaralı var
Siyasət 2

Vandan Qaziantepə gedən avtobus xəndəyə yuvarlanıb.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Mühacirləri daşıyan avtobusda 5 immiqrant ölüb, 30 nəfər yaralanıb.

Yaralananlar arasında 7 polis əməkdaşı və 2 sürücü də var.

Məlumata görə, sürücü idarəetməni itirib.

Van bölgə rəhbərliyindən verilən məlumata görə, artıq qəza ilə əlaqədar istintaq başladılıb.

Son xəbərlər