Türkiyə XİN İsveçdə Quranın təhqir olunmasını pisləyib
20
iyl
2023
23:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin təhqir olunmasını pisləyib.
Bu barədə nazirliyin məlumatında deyilir.
“Biz bu gün, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda vurğulanır ki, Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu cür hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.
Oxşar xəbərlər
İraq İsveç səfirini ölkədən qovdu - YENİLƏNİB - VİDEO
İraq dövləti İsveçin Bağdaddakı səfiri Cessika Svardströmün ölkədən çıxarılması barədə qərar qəbul edib. Bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bəyanatl...