Türkiyə XİN Danimarkada Qurani-Kərimin yandırılmasını pisləyib

Türkiyə XİN Danimarkada Qurani-Kərimin yandırılmasını pisləyib
Siyasət 43

Türkiyə Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərimin yandırılmasını pisləyib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

“Danimarkada müqəddəs kitabımız Qurani-Kərimin və şanlı bayrağımızın təhqir edilməsini ən sərt şəkildə lənətləyirik”, - XİN-dən qeyd olunub.

Xatırladaq ki, martın 20-də danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənliyi ilə tanınan Rasmus Pauldan Kopenhagendəki Türkiyə səfirliyinin önündə Quranı yandırıb.

Son xəbərlər