Türkiyə XİN: Xocalıda yaşanan vəhşət vicdanlarda qara ləkə olaraq qalır
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.
"26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki insanlara qarşı törədilmiş qətliamı qətiyyətlə pisləyirik. Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmaqda davam edir.
Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daim qəlbimizdə daşıyırıq.
Xocalı qətliamında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı bir daha ifadə edirik", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Türkiyə MN Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. BAKU.WS xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında...