Türkiyə vətəndaşı Azərbaycan Ordusuna dəstək olaraq nişan üzüyünü hədiyyə etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Silahlı Qüvvələrinə yardım etməyə çalışanlar arasında qardaş Türkiyənin sadə vətəndaşları da var.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, belə şəxslərdən biri haqqında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Ankarada Quru Qoşunları Ali Hərbi Məktəbinin yeni dərs ilinin açılışındakı çıxışı zamanı danışıb.
Səfir bildirib ki, Maraşdan olan bir şəxs ona məktub göndərərək dəstək və yardımını ifadə edib. Məktubla bərabər həmin şəxs Türkiyə bayrağı və nişan üzüyünü göndərib.
Bu əhvalatdan olduqca təsirləndiyini deyən səfir üzüyü geri qaytarmaq istəsə də, Türkiyə vətəndaşı hədiyyəsini geri almayacağını, bu qərarı ailəlikcə verdiklərini deyib.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...