Türkiyə və Ukrayna taxıl müqaviləsini müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə və Ukrayna taxıl müqaviləsini, eləcə də Qara dənizdə ticarət daşımalarının davam etdirilməsini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu sosial şəbəkədəki səhifəsində bildirib.
“Biz Ukrayna Baş nazirinin müavini, infrastruktur və ərazi inkişafı naziri Aleksandr Kubrakov ilə videokonfrans keçirdik.
Görüş zamanı bu yaxınlarda dayandırılmış Taxıl Dəhlizi təşəbbüsünü, Qara dənizdə ticarət daşımalarının davam etdirilməsi və mümkün investisiya əməkdaşlığını müzakirə etdik. Biz həmişə Ukraynanı dəstəkləyirik və onu dəstəkləməyə davam edirik”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Avropa və Asiya arasında Orta Dəhlizinin effektivliyinin qiymətləndirilməsi aparılıb
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro...