Türkiyə İsraillə enerji layihələrinin icrasını dayandırıb, ticarəti 50%-dən çox azaldıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə İsraillə enerji layihələrinin icrasını dayandırıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib.
“Belə bir şəraitdə İsraillə layihələrin həyata keçirilməsindən danışmaq yersiz olardı”, - deyə o qeyd edib.
Ticarət naziri Ömər Bolat isə bildirib ki, Türkiyə İsraillə ticarət dövriyyəsini 50%-dən çox azaldıb: “Oktyabrın 7-dən bəri İsraillə qarşılıqlı ticarətimiz keçən ilin eyni dövrü ilə müqayisədə 50%-dən çox azalıb”.
Nazirin sözlərinə görə, bu, həm satıcıların, həm də istehlakçıların müvafiq tələbləri ilə bağlıdır.
Bundan əvvəl Dünya Bankı bildirib ki, Yaxın Şərqdə münaqişənin eskalasiyası nəticəsində əmtəə bazarlarına tədarükün mümkün kəsilməsi fonunda neft qiymətləri şokedici səviyyəyə qalxa bilər.
Oxşar xəbərlər
Türkiyənin "Bayraktar TB3" PUA-sı ilk uçuşunu keçirib - FOTO/VİDEO
Türkiyənin yeni istehsalı olan və silahla təchiz edilmiş "Bayraktar TB3" pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu uğurlu alınıb. BAKU.WS xəbər verir ki, bu barə...