Türkiyə səmasını qoruyacaq "Polad Günbəz" ilk dəfə "Haber Global"da nümayiş etdirildi - VIDEO

Türkiyədə hazırlanan və süni intellekt vasitəsilə idarə edilən "Polad Günbəz" hava hücumundan müdafiə (HHM) sisteminin təqdimatı olub.
BAKU.WS xəbər verir ki, "Haber Global"ın əməkdaşı elektron müdafiəetmə sistemləri yaradan "Aselsan" müəssisəsində olub və "Polad Günbəz"in işləmə mexanizmi ilə yerində tanış olub.
Məlumat üçün əlavə edək ki, "Aselsan" tərəfindən hazırlanan "Polad Günbəz" artıq tam şəkildə fəaliyyətə başladıqdan sonra istənilən yüksəklikdən Türkiyə hava məkanına daxil olan və ya daxil ola biləcək bütün təhlükələri bu sistem təsbit edib aradan qaldıra biləcək.

Oxşar xəbərlər
Niderland özünün “Patriot” HHM sistemini Litvada yerləşdirəcək
Niderland təlimlər çərçivəsində özünün “Patriot” hava hücumundan müdafiə (HHM) sistemini Litvada quraşdıracaq. “Report” xəbər verir ki, bu barədə Litva Müdafiə...