Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.
Səfirlikdən BAKU.WS-ə verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.
“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib.
Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə səfirlikdən bildirilib.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...