Türkiyə səfiri Mədət Quliyev ilə görüşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazir səfiri təyinatı münasibətilə təbrik edərək onun iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.
M.Quliyev bildirib ki, dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələri mövcuddur. Görüş zamanı bu sahədə gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasət yürüdərək Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra dünya ölkələrinin və xarici təşkilatların gələcəkdə ölkəmizə silah satmaqdan imtina edə biləcəyi ehtimalını gözə alaraq 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayemizin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini bir daha sübut etdi.
Görüş zamanı həmçinin nazir xalqımızın möhtəşəm qələbəsi ilə bitən Vətən müharibəsi dövründə Türkiyənin dövlətimizə verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirdiyini, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasındakı çoxəsrlik dostluq əlaqələrinin daha da inkişafına zəmin yaratdığını qeyd edib.
Sonda Türkiyə səfiri səmimi qəbula görə M.Quliyevə təşəkkürünü bildirib.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...