Türkiyə sakini evinin altında 2 min yaşı olan yeraltı şəhər tapdı - FOTO

Türkiyə sakini evinin altında 2 min yaşı olan yeraltı şəhər tapdı - FOTO
Foto
Siyasət 14

Türkiyənin Kayseri şəhərində 57 yaşlı Mustafa Halıcıoğlu adlı şəxs təmir etdiyi evinin altında 2 min illik yeraltı şəhər tapıb.

BAKU.WS bu barədə "Habertürk"ə istinadən xəbər veirr.

Memar Sinanın evinin yerləşdiyi küçədə yaşayan Mustafa Halıcıoğlu 5 il əvvəl evini təmir etdirməyə başlayıb. O, küçədəki 4 evi də satın alıb və təmir işlərini genişləndirib.

Təmir işləri zamanı samanlıq kimi istifadə edilən yerləri təmizləyən Halıcıoğlu evinin altında yeraltı şəhər olduğunu aşkar edib.

Nəticədə onun evinin altında 200 metr uzunluğunda, 2 min illik yeraltı şəhər tapılıb.

Yeraltı şəhər Ətraf Mühit və Mədəni Dəyərlərin Qorunması və Təbliği Fondunun (ÇEKÜL) köməyi ilə üzə çıxarılıb.

Yeraltı şəhərə isə "Halıcıoğlu yeraltı şəhəri" adı verilib.

Professor Osman Özsoy şəhərin qədim tarixə malik olduğunu bildirib.

Mustafa Halıcıoğlu işlərin hələ də davam etdiyini nəzərə çatdırıb.

"Evin altında yeraltı şəhər olduğunu bilmirdik. Bu yerləri tövlə, samanlıq kimi istifadə edirdik. İşıqsız içəri girməyə qorxurduq. Təmizlik işləri zamanı yeraltı şəhər üzə çıxdı. 3-4 mərtəbəli olduğunu təxmin edirik. Buranı ciddi şəkildə gün üzünə çıxarmaq lazımdır, burada qədim bir tarix yatır", - deyə o bildirib.

Son xəbərlər