Türkiyə Rusiyadan aldığı "S-400" raketlərindən imtina edib

Türkiyə Rusiyadan aldığı S-400 raketlərindən imtina edib
Siyasət 6963

Türkiyə Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərindən imtina edərək, ABŞ-nin "F-16" qırıcılarını almağı planlaşdırır.

Bu barədə "Cumhuriyet" qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin yazdığına əsasən, Rusiyadan 2,5 milyard dollara alınan və ABŞ ilə münasibətlərdə böhrana səbəb olan "S-400" raketləri hələ də anbarlarda saxlanılır. Məlumata görə, Türkiyə "S-400" məsələsini həll etməyi müzakirəyə çıxarıb ki, bu da ABŞ-nin "F-35"ləri satmaq üçün qoyduğu şərtdir.

Türkiyə qəzeti mövzu ilə bağlı Ankaradakı ABŞ səfirliyinin əməkdaşlarına müraciət ediblər. Onlar mümkün sövdələşməni inkar etməyib və hazırda "topun Türkiyənin tərəfində" olduğunu bildiriblər. Gözlənilir ki, bu təyyarələr Türkiyəyə Yunanıstanla münasibətlərin pisləşməsi fonunda lazım olacaq.

Bundan əvvəl analitik Engin Özər qeyd edib ki, Türkiyə alternativ plan həyata keçirərək, Rusiyadan alınmış S-400 ZRK-larını Liviyada yerləşdirə bilər. Onun sözlərinə görə, Ankara bu alternativ planı həyata keçirə bilər, çünki müqaviləyə əsasən, bu sistemləri üçüncü ölkələrə təhvil verə, sata və ya istifadəyə verə bilməz.

Son xəbərlər