Türkiyə Prezident Administrasiyası Ərdoğanın İrana səfəri ilə bağlı məlumat yaydı

Türkiyə Prezident Administrasiyası Ərdoğanın İrana səfəri ilə bağlı məlumat yaydı
Siyasət 92

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 iyul tarixlərində İranda rəsmi səfərdə olacaq.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Səfərdə məqsəd Türkiyə-İran əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir. Tehranda keçiriləcək görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Türkiyə prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü də nəzərdə tutulub.

Son xəbərlər