Türkiyə öz vətəndaşlarının Sudandan təxliyəsinə başladığını açıqlayıb

Türkiyə öz vətəndaşlarının Sudandan təxliyəsinə başladığını açıqlayıb
Siyasət 70

Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi başlayır.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin diplomatik mənblərindən məlumat verilib.

Bildirilib ki, aprelin 23-də 140 nəfərlik Türkiyə vətəndaşlarından ibarət ilk qrup Xartum şəhərindən təxliyə edilib.

Məlumata əsasən, onlar Efiopiyadan keçərək Türkiyəyə göndəriləcək.

Xatırladaq ki, aprelin 15-də Sudan ordusunun bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında silahlı toqquşmalar başlayıb.

Son xəbərlər