Türkiyə ordusu Suriyanın şimalında 50-dən artıq terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında 50-dən artıq terrorçunu zərərsizləşdirib
Siyasət 36

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 52 YPG terrorçusunu (PKK terror təşkilatının Suriya qolu - red.) zərərsizləşdirib.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Bildirilir ki, terrorçuların 60 mövqeyinə zərbələr endirilib. Zərbələrin endirilməsində pilotsuz uçuş aparatlarından da istifadə edilib.

Son xəbərlər