Türkiyə MN: "Can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
“Müdafiə Nazirimiz Hulusi Akarın da dediyi kimi 30 ilə yaxındır işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni üzüağ, alnıaçıq şəkildə başa çatdıran Azərbaycan Türkü qardaşlarımızın zəfərini təbrik edirik”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin “Qarabağ mesajı”nda belə bildirilib.
Qeyd olunub ki, imzalanan atəşkəs razılaşmasındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqlarının Azərbaycana qaytarılması, bölgədə sülh və sabitlik mühitinin yenidən təmin edilməsi müddətində Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Ordusunun yanında olacaq: “İki dövlət, bir millət olduğumuz can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...