Türkiyə İrana qarşı hücumlara dəstək verdiyi barədə iddiaları təkzib edib
Türkiyə hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə olmaqla hava məkanı daxil olmaqla, quru və dəniz imkanlarının heç birini əməliyyat məqsədləri üçün istifadəyə vermir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bəzi sosial media platformalarında yayılan və Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi barədə iddialar tamamilə əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır.
"Türkiyə hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə olmaqla hava məkanı daxil olmaqla, quru və dəniz imkanlarının heç birini əməliyyat məqsədləri üçün istifadəyə vermir. Bu məsələ ölkəmizin əsas xarici siyasət və təhlükəsizlik prinsipləri sırasındadır".
Həmçinin qeyd olunub ki, Türkiyənin hava, quru və dəniz məkanları üzərində suveren hüquqları tam və mübahisəsizdir. Suverenlik sahələrimizlə bağlı bütün fəaliyyətlər yalnız Türkiyə Respublikasının milli təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq və səlahiyyətli qurumların nəzarət və idarəsi altında həyata keçirilir.
"İctimaiyyətdən spekulyativ və əsassız iddialara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə alması xahiş olunur".
Oxşar xəbərlər
Əraqçi: Xamenei və Pezeşkian sağdır
İranın ali dini rəhbəri Əli Xamenei sağdır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC" televiziyasına bildiri...