Türkiyə Danimarkaya nota verdi

Türkiyə Danimarkaya nota verdi
Siyasət 102

Türkiyənin Kopenhagendəki Səfirliyi qarşısında Qurani-Kərimə qarşı edilən hücuma icazə verilməsinə görə Danimarkanın Ankaradakı səfiri Denni Annan Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

BAKU.WS-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, XİN-ə çağırılan səfirə bildirilib ki, Türkiyə Qurana qarşı təxribat xarakterli hərəkəti qəti şəkildə pisləyir.

Danimarkanın bu münasibətinin qəbuledilməz olduğu səfirə çatdırılıb və bu hərəkətin davam etdirilməsinə icazə verilməyəcəyinin gözlənildiyi vurğulanıb.

Xatırladaq ki, daha əvvəl İsveç və Niderlandda da Qurani-Kərim yandırılıb.

Son xəbərlər