Türkiyə Azərbaycan-Ermənistan müzakirələrində müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanla Ermənistan arasında müzakirələrdə müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının nəticəsi ilə bağlı açıqlamada qeyd olunub.
İclasda həmçinin Azərbaycan-Ermənistan müzakirələrində əldə olunan müsbət tendensiyanın sülh sazişi ilə nəticələnməsinə istək də xüsusi vurğulanıb.
Toplantıda qeyd olunub ki, Cənubi Qafqazdakı mümkün sülh bütün aktorların xeyrinə olacaq.
Bundan başqa, iclasda Şərqi Avropa və Yaxın Şərqdəki durum da müzakirə olunub.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...