Türkiyə idmançıları 40 ildən sonra ilk dəfə Olimpiyadada bunu bacarmadı

Türkiyə idmançıları 40 ildən sonra ilk dəfə Olimpiyadada bunu bacarmadı
Siyasət 263

Fransanın paytaxtı Parisdə keçirilən Olimpiyadada mübarizə aparan Türkiyə idmançıları Olimpiyadanı 8 medal, 3 gümüş və 5 bürünclə başa vurub.

BAKU.WS xəbər verir ki, Türkiyə 1984-cü il Los Anceles Olimpiyadasından sonra ilk dəfə olimpiyadanı qızıl medalsız başa vurur.

Turnirdə atıcılıq, atletika, badminton, şosse velosipedi, boks, bədii gimnastika, qılıncoynatma, güləş, ağır atletika, cüdo, avarçəkmə, stolüstü tennis, müasir pentatlon, kamandan oxatma, taekvondo, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak türk idmançıları qızıl medal qazana bilməyib.

Qeyd edək ki, ilk dəfə 1908-ci ildə Londonda təmsil olunan Türkiyə Paris Olimpiyadasına qədər 41 qızıl, 27 gümüş və 36 bürünc medal toplamışdı. Bu olimpiyadalarda qazandığı 8 medalla Türkiyə olimpiya tarixində qazandığı medalların sayını 112-yə yüksəldib.

Son xəbərlər