Türkiyə 2000 əsərin oğurlandığı London muzeyindən eksponatların geri göndərilməsini tələb edib - FOTO

Türkiyə 2000 əsərin oğurlandığı London muzeyindən eksponatların geri göndərilməsini tələb edib - FOTO
Foto
Siyasət 1

Türkiyə höküməti 2000 əsərin oğurlandığı London muzeyindən Anadoluya aid eksponatların geri qaytarılmasını tələb edib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mədəni sərvətlər və muzeylər Baş İdarəsinin qaçaqmalçılıqla mübarizə şöbəsinin müdirin Zeynep Boz çıxışı zamanı bildirib.

O son 30 ildə Böyük Britaniyanın London muzeyinin deposundan 2000 əsərin oğurlandığını, bəzilərinin isə ciddi ziyan gördüyünü bildirib. Sözügedən eksponatlar muzeyin zirzəmisində saxlanılır.

Bu səbəbdən də eksponatlar məhv olmasın deyə Türkiyəyə göndərilməsi tələb edilib. Bu barədə Britaniya Xarici İşlər nazirliyinə məktub da göndərilib.

"Britaniya muzeyindəki bu oğurluq hadisəsi hamımız üçün böyük bir şok oldu. Britaniya muzeyi də daxil olmaqla bir çox Avropa muzeylərində artefaktları nə qədər yaxşı saxladıqlarına dair böyük iddialar var. Bu illər ərzində biz artefaktların Türkiyəyə qaytarılmasını tələb edən zaman "Biz onu bütün dünya üçün qoruyuruq" dedilər. Belə bir iddia il çıxış edən muzeydə oğurluq hadisəsinin baş verdiyini necə analaya bilərik?" - deyə, Zeynep Boz çıxışı zamanı bildirib.

Son xəbərlər