Türkiyə gün ərzində adambaşına çəkilən siqaretə görə dünyada ilk yerdədir
Türkiyə adambaşına gündəlik orta hesabla siqaret istehlakı sayına görə 17,1 ilə dünyada birinci yerdədir.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sinə xəstəlikləri mütəxəssisi professor-həkim Mecit Süerdem məlumat yayıb.
Məlumata görə, Türkiyədə bir nəfər gündə 17,1 siqaret çəkir və ölkə bu statistikada dünyada birinci yerdədir.
Dünyada təxminən 2 milyard insanın siqaret çəkdiyini deyən Mecit Süerdem siqaret çəkənlərin daha çox inkişaf etməmiş ölkələrdə yaşadıqlarını bildirib.
Avropa İttifaqı (Aİ) Statistika İdarəsinin hesabatına görə, Avropa ölkələrində ən çox siqaret çəkən ölkə 29% ilə Bolqarıstan, Türkiyə isə 27,3% ilə ikinci yerdədir.
Buna baxmayaraq, adambaşına düşən orta gündəlik siqaret sayına görə Türkiyə 17,1 ilə dünyada birinci, Yunanıstan 17 siqaretlə ikinci, İsrail 15,7 ilə üçüncü, Yaponiya isə 15,5 ilə dördüncü yerdədir.
Həkim elektron siqaretlərin ən az adi siqaretlər qədər zərərli olduğunu və tərkibində daha çox asılılıq yaradan nikotinin olduğunu bildirib.
Oxşar xəbərlər
OPEC-in neft tələbatının 2024-cü ildə gündəlik 2,2 milyon barel artacağı proqnozlaşdırılır
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ildə qlobal neft tələbatının gündəlik 2,2 milyon barel artaraq 104,36 milyon barel təşkil edəcəyini (əvvəlki pr...