Türk dünyası vahid mərkəzdə birləşir - Zirvənin əsas mövzusu nə idi?

Türk dünyası vahid mərkəzdə birləşir - Zirvənin əsas mövzusu nə idi?
Video
Siyasət 30

Qədim Qəbələdə bu dəfə tarix yazıldı. Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü Azərbaycanın ev sahibliyində, Qəbələdə baş tutdu. Bu görüş sadəcə illik diplomatik toplantı deyil, Türk dünyasının geosiyasi xəritədə öz yerini daha aydın müəyyənləşdirdiyi mərhələ kimi qiymətləndirilir. Zirvənin əsas mövzusu isə regional sülh və təhlükəsizlik oldu.

Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının artıq bir əməkdaşlıq formatından çıxaraq ciddi geosiyasi mərkəzə çevrildiyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın təşkilata verdiyi 2 milyon dollarlıq ianədən, həm də təhlükəsizlik sahəsində yeni mərhələdən danışıb, 2026-cı ildə türk dövlətlərinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edib.

"Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirəm", - deyə dövlət başçısı qeyd edib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər