Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin paytaxtı Ankarada Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu öz işinə başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan nümayəndələr iştirak edirlər.
Forumun məqsədi sözügedən ölkələrdən yüksək səviyyəli informasiya sahəsi üzrə rəsmi şəxsləri, eləcə də media nümayəndələrini, akademikləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə türk dövlətləri arasında effektiv kommunikasiya platforması yaratmaq və dezinformasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdir.
Üzv ölkələrdən jurnalistləri bir araya gətirən tədbir təcrübə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini və əməkdaşlığın genişləndirilməsini təşviq edəcək.
Bununla yanaşı, forumda Türk dünyasında media və informasiya sahəsində mövcud çağırışlar müzakirə ediləcək.
Qeyd edək ki, tədbir iki gün davam edəcək.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...