Tükürpədən OLAY - Qatar qəzasında ölən şəxsin qopmuş ayağını oğurladı - FOTO
ABŞ-nin Kaliforniya ştatında insanları dərindən sarsıdan hadisə baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, qatar qəzasında ölən şəxsin bədənindən qopan ayağını götürən 27 yaşlı gənc hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Hadisə cümə günü səhər saatlarında Vasko şəhərinin Amtrak qatar stansiyası yaxınlığında baş verib.
Qatarın vurduğu adam bədbəxt hadisənin baş verdiyi yerdə dünyasını dəyişib, meyiti isə hissələrə bölünüb. Qəzadan sonra dəhşətə gələn şahid polisə məlumat verib ki, bir kişi qopmuş ayağı yerdən götürüb.
Hadisə yerindən çəkilən və sürətlə sosial şəbəkələrdə yayılan video görüntülərdə şübhəlinin qopmuş ayaqla bərabər yol kənarında getdiyi görünür.
Kadrlarda kişi əvvəlcə ayağı qoxlayır, sonra yolda getməyə başlayır və kameraya tərəf dönüb əlindəki ayağı yelləyir.
Daha sonra həmin şəxs polislər tərəfindən mühasirəyə alınaraq nəzarətə götürülüb. Resendo Tellez adlı şübhəli əvvəllər törətdiyi digər cinayətlərə görə həbs edilib.
Tellezin yaxın günlərdə məhkəməyə çıxarılacağı gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb - FOTO
Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbə...