Transxəzər dəhlizinin rəqəmsallaşdırılması müzakirə olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) arasında Transxəzər dəhlizinin rəqəmsallaşdırılması müzakirə olunub.
BAKUWS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir Mikayıl Cabbarov Bakıda keçirilən SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Həftəsi çərçivəsində UNECE-NİN icraçı katibi Tatyana Molçanla görüşüb.
Görüşdə Azərbaycanla UNECE arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, həmçinin SPECA proqramı çərçivəsində sıx əməkdaşlığın mövcudluğu qeyd edilib. Bakıda keçirilən SPECA Həftəsinin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticarət, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, “yaşıl” iqtisadiyyata keçid, energetika və digər sahələrdə əlaqələrin inkişafı baxımından faydalı olduğu vurğulanıb. Bu baxımdan Azərbaycanın səyləri təqdir edilib.
Tərəflər Azərbaycan-UNECE işbirliyinin prioritet istiqamətləri və gündəlikdə olan məsələlər barədə fikir mübadiləsi aparıb, ticarət, innovasiya və dövlət-özəl tərəfdaşlığının təşviqi, SPECA regionu çərçivəsində əlaqələrin perspektivləri, Transxəzər dəhlizinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin reallaşdırılması imkanlarını müzakirə ediblər.
Oxşar xəbərlər
İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edib....