Tramp: "TikTok istifadəçiləri mənə borcludur"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp sentyabr ayında imzaladığı fərmanla Çin mənşəli TikTok-un ölkədəki fəaliyyətlərinin amerikalı investorlar tərəfindən idarə olunmasına imkan yaratdığını bildirib.
BAKU.WS xəbər verir ki, o, bununla platformanı "xilas etdiyini" və "gənc TikTok istifadəçilərinin" buna görə ona borclu olduğunu deyib.
Tramp bu açıqlamanı 11 aylıq fasilədən sonra TikTok hesabında paylaşdığı video ilə edib.
Qeyd edək ki, fərmana əsasən, TikTok-un ABŞ-dəki əməliyyatları "Oracle" şirkətinə həvalə ediləcək və bütün istifadəçi məlumatları bu şirkətin idarə etdiyi təhlükəsiz bulud sistemində saxlanılacaq. Lakin "Oracle"ın qurucusu Lerri Ellisonun İsrailə açıq dəstəyi bəzi narahatlıqlara səbəb olub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...