Tramp pandemiya dövrüdən ilk dəfə maska ilə göründü - VİDEO
ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası dövründə ilk dəfə tibbi maskada görünüb.
BAKU.WS Oxu.az-a istinadla xəbər verir ki, amerikalı dövlət başçısı Vaşinqtondan kənarda yerləşən, döyüş bölgəsində yaralanan hərbçilərin də müalicə olunduğu “Walter Reed” xəstəxanasına baş çəkib.
Tramp tünd mavi rəngli maskadan istifadə edib. Maskanın yan tərəfində qızılı rəngdə prezident möhürü olub.
“Düşünürəm ki, maska taxmaq əladır. Mən heç vaxt maskalara qarşı olmamışam. Ancaq hər şeyin vaxtı və yeri var”, - deyə Tramp jurnalistlərlə söhbətində bildirib.
Qeyd edək ki, Tramp buna qədər ictimai yerlərdə maskadan istifadə etməyib.
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...