Tramp məşhur radio və telekanala maliyyə yardımını DAYANDIRDI

Tramp məşhur radio və telekanala maliyyə yardımını DAYANDIRDI
Siyasət 59

ABŞ Prezidenti Donald Tramp fərman imzalayaraq NPR (Milli İctimai Radio Şəbəkəsi) və PBS (İctimai Yayım Xidməti) üçün dövlət dəstəyinin dayandırılmasına göstəriş verib.

BAKU.WS xəbər verir ki, Ağ Evin saytına yerləşdirilən məlumatda bu qərarın əsas səbəbi kimi həmin media qurumlarının qərəzli xəbər təqdimatı göstərilib.

Hələ mart ayının sonunda Tramp Konqresi bu qurumların maliyyələşdirilməsini dərhal dayandırmağa çağırmış və onları qərəzlilikdə ittiham etmişdi.

Bir neçə həftə sonra "The New York Times" qəzeti prezident administrasiyasının bu media orqanlarının dövlət büdcəsindən 1,1 milyard dollar dəyərində maliyyələşməsini azaltmaq niyyətində olduğunu yazmışdı.

Lakin qeyd olunurdu ki, bu məbləğ onların ümumi gəlirlərinin yalnız kiçik bir hissəsini təşkil edir - əsas maliyyə mənbələri isə özəl ianələr və sponsor dəstəkləridir.

Nəşr olunan fərmanda Tramp qeyd edib ki, ideoloji mövqelərin müxtəlifliyindən asılı olmayaraq əsas məsələ vergi ödəyicilərinə obyektiv, dəqiq və balanslı məlumatın təqdim edilməməsidir. Bu səbəbdən o, İctimai Yayım Korporasiyasının (CPB) Direktorlar Şurasına və digər aidiyyəti dövlət qurumlarına bu media orqanlarına həm birbaşa, həm də dolayı maliyyə dəstəyinin dayandırılmasını tapşırıb.

Sənəddə həmçinin bu təşkilatlarla qüvvədə olan müqavilələrin yenidən yoxlanılması və şərtlərə uyğun olub-olmadığının müəyyənləşdirilməsi tapşırılıb. Bundan başqa, ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi bu media qurumlarında işə qəbul zamanı diskriminasiya qadağalarının nə dərəcədə gözlənildiyini araşdırmalıdır.

Son xəbərlər