Tramp həbsi ilə ABŞ tarixinə düşdü - FOTO

Tramp həbsi ilə ABŞ tarixinə düşdü - FOTO
Siyasət 4

Donald Tramp ABŞ tarixində rəsmi olaraq həbs edilən ilk eks-prezident oldu.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Fulton dairəsinin rayon prokurorluğu onu Corciyada seçkiyə müdaxilədə ittiham edib.

Donald Tramp şəxsi təyyarəsi ilə Nyu Cersidən Atlantaya yollanıb, sonra polis müşayiəti ilə həbsxanaya gedib, həbs zamanı onun barmaq izi və fotoşəkli çəkilib.

20 dəqiqədən sonra o, 200 min dollar girov müqabilində azad edilib.

Daha sonra onun korteji Atlantadakı Hartsfild-Cekson Beynəlxalq Aeroportuna yola düşüb.

Hava limanına qayıdan eks prezident şəxsi təyyarəsinə minməzdən əvvəl mətbuata açıqlama verərək seçkinin nəticələrinə qarşı olduğunu və buna haqqının çatdığını bildirib.

Tramp saxta hesab etdiyi seçkiləri tənqid etmək hüququna malik olduğunu bir daha bəyan edib.

Keçmiş ABŞ prezidenti bu hadisə səbəbindən 2021-ci il yanvarın 8-dən bəri ilk dəfə "X"də (keçmiş Tvitter) paylaşım edib.

O, cəzaçəkmə müəssisəsinin rəsmiləri tərəfindən çəkilmiş həbs fotosunu dərc edib.

Paylaşılan şəklin altında "seçkilərə müdaxilə" və "heç vaxt təslim olma" qeyd edilib. Həmçinin posta Trampın rəsmi internet saytına keçid də əlavə olunub.

Qeyd edək ki, bu şəkil tarixidir, çünki ABŞ-nin heç bir keçmiş və indiki prezidentinin daha əvvəl həbsxana şəkli ("mug shot") olmayıb.

Tramp həbsi ilə ABŞ tarixinə düşdü - FOTO

Son xəbərlər