Tramp da koronavirusa yoluxdu

Tramp da koronavirusa yoluxdu
Siyasət 986

ABŞ prezidenti Donald Tramp koronavirusa yoluxub.

BAKU.WS xəbər verir ki, dövlət başçısının və birinci xanım Melaniya Trampın koronavirus testi pozitiv çıxıb. Bu barədə o özü "Twitter" səhifəsində məlumat verib.

Prezident müşaviri Xoup Xiksin virusa yoluxmasından sonra özünün karantin altında olduğunu elan etmişdi. Tramp köməkçisinin COVİD-19 testinin pozitiv çıxmasını da "qorxunc" adlandırıb və onun qısa fasilə belə vermədən çox çalışdığını qeyd edib.

Xatırladaq ki, müşavir bir neçə gün öncə prezidentlə eyni təyyarədə səfər etmişdi.

Son xəbərlər