Toyvo Klaar Azərbaycan və Ermənistanın delimitasiyası üzrə komissiyaların işini ümidverici adlandırıb

19
apr
2024
22:46
Sərhəd komissiyalarının işi və hüquqi sənədlər, 1991-ci il Almatı sazişi əsasında (Azərbaycan və Ermənistan arasında) delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər var.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “X” hesabında bildirib.
Diplomat vurğulayıb ki, Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir:
“Avropa İttifaqı danışıqlar prosesini, hərtərəfli və davamlı nizamlanma məqsədlərini tam dəstəkləyir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
