Tovuzda qəhrəmanlarımıza həsr olunan guşə - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunun İsə Musayev küçəsinin sakinləri Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini əbədiləşdiriblər.
Baku TV xəbər verir ki, onlar 300-dən çox şəhidin fotosunun yer aldığı lövhəni həmin küçəyə quraşdırıblar.
Birgə əməyin nəticəsi olan lövhəni hazırlamaqda məqsəd isə vətən qəhrəmanlarının xatirəsini əbədiləşdirərək gələcək nəsillərə çatdırmaq olub.
Şəhid olan mülki şəxslərin, hətta qətlə yetirilən körpə uşaqların fotolarının olduğu bu guşənin gecə saatlarında da rahat görülməsini təmin etmək üçün işıqlandırmadan istifadə olunub.
Uzunluğu yeddi metrdən artıq olan foto guşəyə Vətən müharibəsinin şəhidləri haqqında məlumatlar da əlavə edilib. Küçənin aşağı hissəsində də eyni formada lövhə və bulaq kompleksi quraşdırılıb.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...