"Tok"ta unudulan ütü faciəyə səbəb oldu: Mənzil külə döndü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kastamonu vilayətində 12 mərtəbəli binanın 9-cu mərtəbəsində cərəyanda unudulmuş ütü yanğına səbəb olub.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, tüstünü görən ərazi sakinlərinin xəbərdarlığı ilə çox sayda yanğınsöndürən yanğın baş verən əraziyə cəlb edilib.
Yanğın yanğınsöndürənlərin müdaxiləsindən sonra nəzarətə götürülüb.
Hadisə zamanı evə külli miqdarda maddi ziyan dəyib, həmçinin yanğın aşağı mərtəbədəki mənzillərə də ziyan vurub.
Tüstü səbəbindən polislər binada yaşayan ailələri təxliyyə edib.
Daha sonra sakinlər evlərinə daxil olublar.
Qalereya
Oxşar xəbərlər
İstanbulda 17 mərtəbəli binada dəhşətli yanğın - VİDEO
İstanbul Ataşehirdə 17 mərtəbəli biznes mərkəzində yanğın olub. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, 17 mərtəbəli binanın çöl hissəsində yanğın ba...