Tokio iqtisadi zonaya düşən raketlərə görə etiraz etdi
04
avq
2022
21:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiya Çin Xalq Respublikasına (ÇXR) öz iqtisadi zonasına düşən raketlərə görə etiraz edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Nobuo Kisi bildirib.
Çin dəniz qüvvələrinin hərbi təlimi zamanı atdığı beş raket Yaponiya sərhədləri yaxınlığına düşüb.
Mərmilərin Yaponiyanın eksklüziv iqtisadi zonasına düşdüyü qeyd edilir.
“Hadisə ilə bağlı Pekinə diplomatik kanallar vasitəsilə etiraz edilib”, - deyə Kisi hadisə ilə bağlı təfərrüatları paylaşıb.
Oxşar xəbərlər
Yaponiyanın sabiq Baş nazirini güllələyən kimdir? - SƏBƏBİNİ AÇIQLADI - FOTO/VİDEO
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində keçirilən tədbirdə ov tüfəngi ilə güllələnib. BAKU.WS xəbər verir ki, sinəsindən yaralanan Şinzo xəstəxan...