Tokayev: Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak üçün Azərbaycana yenidən səfər etməyi planlaşdırıram
Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər etməyi planlaşdırıram.
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
"Düşünürəm ki, bu təmaslar strateji tərəfdaşlığı və hətta Qazaxıstanla Azərbaycan arasında müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalıdır.
Strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu sadəcə gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik.
Əslində, əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir", - Tokayev qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə dö...