Tokayev: Qazaxıstanla Azərbaycan arasında gələcək əməkdaşlığa böyük nikbinliklə baxıram
Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq.
Bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhərinin sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşündə deyib.
“Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”, - o bildirib.
Oxşar xəbərlər
Füzulidə uşaq yaradıcılıq mərkəzinin açılışı olub - YENİLƏNİB - FOTO
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurma...