Tokayev: Biz Trans-Qazaxıstan dəmir yolu layihəsi üzərində də çalışacağıq

Tokayev: Biz Trans-Qazaxıstan dəmir yolu layihəsi üzərində də çalışacağıq
Siyasət 23

"Biz Trans-Qazaxıstan dəmir yolu layihəsi üzərində də çalışacağıq. Bizim təşəbbüslərimiz regional bağlantıların şaxələndirilməsinə mühüm töhfələr verəcək".

BAKU.WS xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Qazaxıstan Prezidenti türk dövlətlərini hava limanları, dəniz limanları üzərində işləməyə çağırıb: "Bu gün süni intellekt texnologiyasından da istifadə mühüm əhəmiyyətə malikdir. Rəqəmsal Monitorinq Mərkəzinin də yaradılmasını təklif edirik. Bizim hədəfimiz tam rəqəmsallaşdırılmış dövlət yaratmaqdır. Rəqəmsal İnnovasiya Mərkəzinin də yaradılmasını təklif edirik. Bu mərkəz süni intellekt sahəsində mübadilələrin aparılmasına və vəsaitin cəlb edilməsinə şərait yaradar. Gələn sammitimizin süni intellekt və rəqəmsal inkişafahəsr edilməsini təklif edirəm".

Tokayev enerjinin effektivliyinə həsr edilmiş Şuranın təşkilini də təşklif edib. O, Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb və bildirib ki, bizim iqtisadiyyatlarımızın əsas sütunu enerji sektorudur.

Son xəbərlər