Tofiq Yaqublunun şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərildi

Tofiq Yaqublunun şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərildi
Siyasət 112

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə “report“a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 7-də Nizami Rayon Məhkəməsinə təqdim edilən apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 16 gündür, aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Oxşar xəbərlər

Tofiq Yaqublunun müayinə edilməsinə icazə verildi

Tofiq Yaqublunun müayinə edilməsinə icazə verildi

Müsavat partiyası sədrinin hazırda həbsdə olan sabiq müavini Tofiq Yaqublunu həkim müayinə edəcək. BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə on...

167 Siyasət 14:08 11 sentyabr 2020

Son xəbərlər