Təyyarə maşınla toqquşdu, 2 nəfər öldü - ANBAAN VİDEO

Təyyarə maşınla toqquşdu, 2 nəfər öldü - ANBAAN VİDEO
Video
Siyasət 333

ABŞ-ın Florida ştatının Mayami şəhərində kiçik mühərrikli təyyarə havaya qalxandan sonra avtomobil yolunda hərəkət edən maşının üzərinə düşüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, təyyarə yerə düşdükdən sonra partlayıb və yanmağa başlayıb.

Təyyarədə 2 nəfər olub. Qəza nəticəsində onların hər ikisi ölüb, avtomobildəki qadın və övladı isə yaralanıb.

ABŞ-ın Federal Aviasiya İdarəsi təyyarənin qəzaya uğramasının səbəbinin hələ ki müəyyənləşmədiyini, araşdırmaların davam etdiyini açıqlayıb.

Son xəbərlər