"Tesla" şirkəti İlon Maskı məhkəməyə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Tesla" şirkətinin bir qrup səhmdarı İlon Maskı və şirkət rəhbərliyini məhkəməyə verib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məhkəmə iddiasında onlar avtopilotun effektivliyi və elektromobil idarə etməyin nə qədər təhlükəsiz olduğu barədə aldandıqlarını bildiriblər.
Səhmdarlar 2019-cu ilin fevralından 2023-cü ilin fevralına qədər "Tesla"nın qiymətli kağızlarını aldıqlarını və elektrik avtomobillərinin iştirakı ilə baş verən qəza xəbərləri və geri çağırma kampaniyası fonunda pul itirdiklərini qeyd ediblər. Buna görə də onlar Maskdan və firmanın nümayəndələrindən itkilərini - kompensasiya ödəməyi tələb edirlər.
Qeyd olunur ki, şirkət 362 758 avtomobili satışdan çıxarmaq qərarına gəldikdən sonra "Tesla"nın səhmlərinin qiyməti 5,7 faiz ucuzlaşıb.
Oxşar xəbərlər
Tviter Maskı məhkəməyə verdi
Tviter milyarder İlon Maskı məhkəməyə verib. BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb. Bildirilib ki, iddia şirkətin vəkilləri...