Ter-Petrosyan: “Azərbaycan gücləndi, Ermənistan isə zəiflədi” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Serj Saqrsyan deyir ki, bütün təklifləri Azərbaycan tərəfi rədd edib. Amma o, fikirləşməli idi ki, nəyə görə Azərbaycan tərəfi rədd edirdi. Deməli, Azərbaycan əmin idi ki, zaman onun xeyrinə işləyir”.
Bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan erməni telekanalına müsahibəsində deyib.
O, bildirib ki, Sarqsyan bu adi məsələni dərk etməyib:
“Burada siyasi fikir yoxdur. Əgər problemin varsa, gərək qarşındakının fikirlərini biləsən. Gördünüz ki, zaman Azərbaycanın xeyrinə işlədi. İqtisadi baxımdan Azərbaycan gücləndi, Ermənistan isə zəiflədi, Azərbaycan müasir ordu yaratdı, bizim ordu isə miqrasiya səbəbindən kiçildi. Gizli olan məsələlər var ki, onlardan danışmıram, indi bizim ordunun sayı 90-cı illərdəkindən də azdır. İndi nəyə ümid edirlər?”
Oxşar xəbərlər
Ermənistan üçün faciəvi final - işğal bitdi, vətəndaş savaşı başlayır
Dünəndən - dekabrın 1-dən etibarən Ermənistanın işğalına rəsmən son qoyuldu. Bu, o deməkdir ki, artıq “işğalçı Ermənistan” anlayışı mövcud deyil. Eləcə də “Dağl...