Təqribən yarım trilyon dollar: Müharibə Ukraynaya nə qədər ziyan vurub?

Təqribən yarım trilyon dollar: Müharibə Ukraynaya nə qədər ziyan vurub?
Siyasət 14

Təkcə bu il Ukraynanın təcili bərpa səyləri üçün təxminən 15 milyard dollara ehtiyacı olacaq.

BAKU.WS Unian.net-ə istinadən xəbər verir ki, 31 dekabr 2023-cü il tarixinə yaxın onillikdə Ukraynada bərpa işlərinin ümumi dəyəri 486 milyard ABŞ dolları təşkil edəcək.

Dünya Bankı yenilənmiş Sürətli Zərər və Bərpa Ehtiyaclarının Qiymətləndirilməsinin (RDNA3) nəticələrinə istinadən öz saytında bildirib ki, bu rəqəm bir il əvvəl 411 milyard dollar olaraq təxmin edilən ehtiyacdan yüksəkdir.

Ukrayna hakimiyyətinin hesablamalarına görə, təkcə 2024-cü ildə ölkənin təcili bərpa prioritetləri üçün təxminən 15 milyard dollara ehtiyacı olacaq.

Qiymətləndirmədə vurğulanır ki, bu maliyyə ehtiyaclarının təqribən 5,5 milyard dolları artıq həm beynəlxalq tərəfdaşlar, həm də Ukrayna büdcəsindən təmin edilsə də, təxminən 9,5 milyard dollar maliyyələşdirilməmiş qalır.

Rusiyanın 24 fevral 2022-ci il tarixindən 2023-cü il dekabrın 31-dək Ukraynaya genişmiqyaslı müdaxiləsindən təxminən iki il ərzində dəyən zərərləri əhatə edən RDNA3 qiymətləndirməsi göstərir ki, Ukraynaya birbaşa dəymiş ziyan təxminən 152 milyard dollara çatıb. Ən çox təsirlənən sektorlar mənzil, nəqliyyat, ticarət, sənaye, enerji və kənd təsərrüfatıdır.

Ən böyük zərər Donetsk, Xarkov, Luqansk, Zaporojye, Xerson və Kiyev vilayətlərində cəmləşib.

Qeyd olunur ki, Ukraynada mənzil fondunun 10%-i zədələnib və ya dağıdılıb ki, bu da ukraynalıların uzun müddət öz yurdlarından didərgin düşməsinə səbəb olub.

Son xəbərlər