Tehranda torpaq çökməsi 30 santimetrə çatıb - Pezeşkian paytaxtın köçürülməsindən DANIŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz bu tendensiya ilə Tehranda qala bilmərik".
BAKU.WS-in "Azad İran" "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, Tehranın bəzi yerlərində torpaq çökməsi 30 santimetrə çatıb.
Ölkədə su qıtlığı böhranı və suyun paytaxta nəqlinin baha başa gəlməsinə toxunan Pezeşkian bildirib:
"Paytaxtın İranın cənubuna və Fars körfəzi sahillərinə köçürülməsi prosesini öyrənmək üçün xarici məsləhətçi cəlb etməyə razılıq verilib, ancaq hökumət rəsmiləri bu məsələdə hələlik heç bir addım atmayıblar".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...