Tehranda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar olub
Yeniliklərdən dərhal xəbərdar olun
Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar olub.
APA xəbər verir, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “3+3” regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib.
Abdullahian bildirib ki, Tehranda “3+3” formatında keçirilən görüş çərçivəsində Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımıdır.
O qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb.Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.
“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan isə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir”, - nazir əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...