Tehran Şəhər Şurası sədrindən hicabla bağlı hərbi qüvvə təklifi: “Nəzarətçi kifayət deyil” - FOTO
09
avq
2023
16:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Tehran şəhəri Bələdiyyəsində “hicab nəzarətçisi” vəzifəsinə 400 işçi qadının təyin edilməsi xəbərindən bir neçə gün sonra Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran bununla bağlı fikrini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Mehdi Çəmran metro və ictimai yerlərdə məcburi hicaba riayət etməyən şəxslərin olduğunu vurğulayıb.
“Hərbi qüvvə olmadıqca məcburi hicab qanunlarına riayət etməyən şəxslərin metrolardan keçməsinin qarşısını almaq mümkün olmayacaq”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
İranda hicabsız qadınlar ictimai nəqliyyata buraxılmırlar - FOTO
İranda məcburi hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər güclənib. BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb....