Təbrizdə körpəyə türkcə ad qoyulduğu üçün şəxsiyyət vəsiqəsi verilmir - FOTO

Təbrizdə körpəyə türkcə ad qoyulduğu üçün şəxsiyyət vəsiqəsi verilmir - FOTO
Siyasət 100

Güney Azərbaycanın Təbriz şəhər sakininin yeni doğulan körpəsinə türkcə ad qoyulduğu üçün şəxsiyyət vəsiqəsi verilmir.

BAKU.WS xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, körpə iki həftədir dünyaya gəlib. Ona Elana adı qoyublar. Ancaq Təbrizin Qeydiyyat İdarəsi türk adı seçilməsinə qarşı çıxdığı üçün körpə şəxsiyyət vəsiqəsi almaqdan məhrum edilib.

Təbrizdən olan ictimai fəal Hamid Allahverdipur Qeydiyyat İdarəsindən məhkəməyə şikayət edəcəyini bildirib.

Xatırladaq ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

Son xəbərlər