TDT ölkələri kosmik sahədə əməkdaşlığın inkişafını prioritet hesab edir
Yeniliklərdən dərhal xəbərdar olun
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin liderləri kosmik fəaliyyət sahəsində əməkdaşlığın inkişafını prioritet hesab edirlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə bu gün qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.
"Kosmik fəaliyyət sahəsində əməkdaşlığın artan əhəmiyyətini qəbul edirik və onu texnoloji tərəfdaşlığın gücləndirilməsinə, elmi və kadr potensialının inkişafına, eləcə də TDT-yə üzv dövlətlər arasında əməkdaşlığın və inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş birgə təşəbbüslər vasitəsilə TDT-yə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərindən biri kimi müəyyən edirik", - sənəddə bildirilib.
Bundan əlavə, sammit iştirakçıları "CubeSat-12U" nanopeykləri sinfindən olan elmi kosmik aparatın hazırlanması və yerüstü sınaqları üzrə TDT çərçivəsində davam edən birgə layihəni səmərəli çoxtərəfli əməkdaşlığın nümunəsi kimi qiymətləndirərək alqışlayıblar.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...